"Mənə etimad göstərən insanlara təşəkkür edirəm”. Fanat.Az-ın məlumatına görə, bunu "Kəpəz”in məşqçisi Yaşar Vahabzadə deyib.
Baş məşqçi Yunis Hüseynovun köməkçisi təyin edilən 57 yaşlı mütəxəssis klubunun saytına təyinatı ilə bağlı açıqlama verib. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq çalışdırıcısı bildirib ki, Gəncə təmsilçisinin əvvəlki şöhrətini qaytarmaq üçün əlindən gələni edəcək: "Yunis müəllim əlaqə saxlayıb onunla birgə işləməyi təklif etdi. Onun dəvətini qəbul etdim. Bu, mənim Premyer Liqada ikinci iş yerim olacaq. Məşqçilik karyerama "Neftçi”də başladım. Sonra fəaliyyətimi müxtəlif yaş qrupları üzrə yığmalarda davam etdirdim. İndi isə "Kəpəz”də çalışacam. Gəncə klubu ölkəmizin ən köklü, titullu komandalarındandı. "Kəpəz”in əvvəlki şöhrətini bərpa etməsi, yenidən uğur qazanması üçün əlimdən gəlini edəcəm”.
Fanat.Az