"Neftçi”yə hücumçu lazımdı. Amma Rauf Əliyevi transfer etmək fikrimiz olmayıb”. Bunu Fanat.Az-a açıqlamasında "Neftçi”nin meneceri Eldəniz Yusifov deyib.
"Kukesi”dən ayrılmağa hazırlaşan Azərbaycan millisinin hücumçusu Raufun adı "Qəbələ” və "Neftçi” klubları ilə birgə hallanırdı. Ancaq FİFA-nın tətbiq etdiyi mövsüm ərzində 3 klubda oynamaq yasağı forvardın adıçəkilən komandalarda oynamaq ehtimalını heçə endirir.
"Qəbələ”ninmeneceri Səbuhi Səfiyarlı səhər saatlarında açıqladıqdan sonra onun "Neftçi”dəki həmkarı da yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb: "Baş məşqçidən – Tərlan Əhmədovdan soruşmuşam. Hücumçu mövqeyinə yerli yox, legioner gətiriləcək”.
Fanat.Az