"Keşlə” Ukraynadan 3 futbolçu transfer edəcək.
Fanat.Az-ın məlumatına görə, 49 yaşlı ukraynalıyla - Yuri Maksimovla razılaşan Bakı təmsilçisi mütəxəssisin əlaqələrindən faydalanmaq niyyətindədi.
Belə ki, mövsümün sonuna qədər paytaxt klubuna xidmət edəcək Maksimov az ödənişli və komandanı gücləndirə biləcək 3 həmyerlisini də gətirəcək. Bu futbolçuların 7-8 namizəd arasından seçiləcəyi bəllidi.
Fanat.Az