"Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne klubunu dəyişib-dəyişməyəcəyiylə bağlı bütün suallara aydınlıq gətirib.
Fanat.Az "San" nəşrinə istinadən xəbər verir ki, belçikalı PSJ-nin inanılmaz məbləğdə maaş təklifini geri çevirərək "şəhərlilər"lə yeni sözləşmə imzalamağa qərar verib. Onun yeni anlaşması 2024-cü ilə qədər planlaşdırılıb. Ulduz futbolçu həftəlik 220 min funt-sterlinq qazanacaq.
Qeyd edək ki, Kevin De Bruyne "Mançester Siti”də 2015-ci ildən top qovur.
Fanat.Az