"Qarabağ”dan gedəcəyimlə, "Trabzonspor”a qayıdacağımla bağlı deyilənlər doğru deyil. Söz-söhbətin hardan yarandığını da bilmirəm”.
Bunu Fanat.Az-a açıqlamasında millimizin və Ağdam təmsilçisinin gənc hücumçusu Ramil Şeydayev deyib. Ön xətt oyunçusu əlavə edib: "Trabzonspor”la ümumiyyətlə əlaqə saxlamamışam. Mövsümün sonuna qədər davam edəcək icarə müqaviləm var. Digər tərəfdən, komandadakı durumumdan da narazı deyiləm. Çempionlar Liqasında oynadım, bu turnirin ab-havasıyla tanış olmaq imkanı qazandım. Çempionlar Liqası hər futbolçu üçün xoş arzudu. "Qarabağ”dakı rəqabət göz önündədi və kimin nə vaxt oynayacağını baş məşqçi daha yaxşı bilir. Qışdan sonra da daha çox oynamaq üçün bacardığımı edəcəm”.
Fanat.Az