15:27 19.12.2017 2015

“Əməkdar artist” haqqında lətifə

Amal Abuşov

Rəhmətlik Habil Əliyevin baməzə adam olduğu, hazırcavablığı hamımıza bəllidir. Elə bu səbəbdəndi ki, özü aramızda olmasa da, məşhur kaman ustasının dilindən çıxan məzəli sözlər, onun adıyla bağlı olan əhvalatlar günü bu gün də tez-tez xatırlanır. Bu əhvalatlardan ən məşhurlarından biri rəhmətliyin yenicə "Əməkdar artist” adı alan müğənniylə rastlaşmasından sonra ortaya çıxıb.

İndi adını çəkmək istəmədiyim müğənni sevinə-sevinə Habil Əliyevin yanına gəlir və muştuluqlayır ki, ona "Əməkdar artist” fəxri adı verilib. Kaman ustası da müğənnini başdan ayağa qədər süzür və "ay filankəs, verirdilər-verirdilər, bəs sənə nə olmuşdu, alırdın” deyə sual edir.
 
Dünən ölkə prezidenti İlham Əliyev  Milli Olimpiya Komitəsində keçirilən 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimə qatılıb. Elə həmin mərasimdə cənab prezident il ərzində idman sahəsində fərqlənənləri mükafatlandırıb. Aralarında müxtəlif şəxslər var. Əksəriyyəti illərini Azərbaycan idmanına həsr edənlər, müxtəlif beynalxalq turnirlərdə ölkəmizin adını uca tutan, bayrağımızı yüksəldənlərdi. Sevindirici haldı ki, bu dəfə futbolla bağlı da qürur duyduğumuz hadisə yaşanıb. "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması yenidən ölkə başçısı tərəfindən mükafatlandırılıb, xoş sözlərlə qiymətləndirilib. Bunun davamı olaraq "Qarabağ”ın vitse-prezidenti Tahir Gözələ Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu təqdim edilib.

Qəribəsi odu ki, mükafat alanlar sırasında AFFA-nın baş katibi Elxan Məmmədov da olub. Ona da prezident tərəfindən fəxri diplom təqdim olunub. Gözlənildiyi kimi, bu təltifetmə ictimaiyyət arasında birmənalı qarşılanmayıb.
 
Sözsüz ki, prezidentin kimə mükafat təqdim etməsi onun özünün müstəsna səlahiyyətidi. Kimsə buna qarışa bilməz. Amma orası da məlumdu ki, cənab prezident yetərincə məşğul adamdı. Onun mükafat alan şəxsləri bir-bir incələməsi, yaxud da "Qarabağ”ın Çempionlar Liqasında qruplara qədər gedib çıxmasında AFFA-nın rolunun olub-olmamasını araşdırması mümkünsüz işdi.
 
Elə buna görə də AFFA-nın baş katibi "Qarabağ”ın uğurlarının kölgəsinə asanlıqla sığınıb, klubun vitse-prezidenti ilə bərabərhüquqlu mükafat alıb.
Halbuki, təkcə 2017-ci ildə deyil, ümumilikdə Elxan Məmmədov AFFA-ya baş katiblik etdiyi, de-fakto ölkə futbolunun bütün "ipləri”ni əlinə topladığı müddət ərzində mükafata layiq görüləsi heç bir əməl sahibi deyil. İslam Həmrəyliyi Oyunlarında qazanılan kuboku uğur sayanlar son 10 ildə AFFA-nın nə qədər pulu havaya sovurmasına, əcnəbi məşqçilər Foqts və Prosineçkiylə futbolumuzun nələri itirdiyinə baxsınlar. Ölkənin bütün milliləri əcnəbi futbolçuların oylağına çevrilib, uşaq futbolu məhv edilib, bölgələr futbola həsrət qalıb. Bu yaxınlarda Romada şəxsən mənim də iştirak etdiyi brifinqdə Rəşad Sadıqovun çaldığı "həyacan təbili” AFFA-nın fəaliyyətinə verilən obyektiv qiymətdir.

Bütün bunlara rəğmən Elxan Məmmədov ölkə prezidentinin verdiyi fəxri fərmanı alıb və gülümsəyərək şəkil çəkdirməyi də bacarıb. Bu bacarığına şübhəmiz yoxdu. Ona görə də təəccüblənmədik. Amma həmin şəklə baxanda rəhmətlik Habil Əliyevin o müğənniyə dediyi sözlər hardansa yadıma düşdü...

Sport7.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X