"Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb. Fanat.Az xəbər verir ki, Eqdaras Jarskisin ardınca Amit Quluzadə də komandadan göndərilib.
Tərəflər arasında yarımmüdafiəçinin müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib. Futbolçuya azad agent statusu verilib.
Qeyd edək ki, Quluzadə "Səbail”ə mövsümün əvvəlində gəlmişdi.
Fanat.Az