İqor Tudoru istefaya göndərən "Qalatasaray"da baş məşqçi axtarışları davam edir.
Fanat.A xəbər verir ki, İstanbul klubunun namizədləri sırasına Slaven Biliç də daxil olub.
Bu barədə "Fanatik" məlumat yayıb. Artıq xorvatiyalı mütəxəssislə danışıqlar aparıldığı qeyd olunub. 3 dəfə görüşdən sonra Biliç düşünmək üçün zaman istəyib.
Qeyd edək ki, Slaven Biliç 2013-2015-ci illərdə "Beşiktaş"a başçılıq edib.
Xatırladaq ki, "Qalatasaray"ın baş məşqçisi olmağa namizədlər sırasında Tomas Tuşel, Laurent Blank, Ronald Koeman da var.
Fanat.Az