Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov köməkçilərini müəyyənləşdirib. Fanat.Az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssis keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, Elçin Rəhmanov və Çudomir Çakarov köməkçisi, Dmitri Kramarenko qapıçılarla iş üzrə məşqçi olacaq. Qurbanov əlavə köməkçilərinin olmasının da mümkünlüyünü vurğulayıb.
Fanat.Az