AFFA İntizam Komitəsinin iclası keçirilib. Fanat.Az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlər müzakirə olunub.
"Sumqayıt” - "Qarabağ” qarşılaşmasında meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat ödəyəcək.
"Neftçi” - "Zirə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. Oyunun 90+4-cü dəqiqəsində qəsəbə klubunun futbolçusu Yovan Krneta hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Legioner bu səbəbdən 4 oyun cəzalanıb və klubunu 3200 manat ziyana salıb.
Qeyd edək ki, qarşılaşmanı Fariz Yusifov idarə edib.
Fanat.Az