Milli komandamızın baş məşqçisi Qurban Qurbanov "Qarabağ"ın U-19 komandasının hücumçusu Yaroslav Dedanın milliləşdirilməsi ilə bağlı xəbərlərə münsibət bildirib. Fanat.Az xəbər verir ki, mütəxəssis bunun mümkünlüyünü bildirib:
"Konkret qərar yoxdu. Onu əsas komanda ilə qış toplanışına aparacağam. Azərbaycan futboluna fayda verərsə, qanun çərçivəsində bu cür addım atmaq barədə düşünərik. Belə bir təcrübə hər yerdə var".
Fanat.Az