17:46 20.12.2017 1597

Fariz Nəcəfov: "Mən həmişə narahatam"

Fanat.Az "Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsini təqdim edir:

- "Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil etmiş Fariz Məmmədovun həyat və karyerasından bəhs edən filmi siz də izlədiniz. Düşüncəniz necədi?

- Film çox yüksək səviyyədə alınıb, mən belə gözləmirdim. Millət vəkillərimiz, idmançılar ürək sözlərini dedilər. Mən də əlavə etmək istərdim ki, belə filmlərin sayı çox olmalıdı. Burdan ibrət götürüləsi şeylər çoxdu. Farizin həyatında olan hadisələr, çətin anlar yaşamış idmançının qayıdışı, həyat eşqi çox maraqlıdı. Film daha geniş çəkilə bilərdi.

- Bilirik ki, "Qəbələ”nin Fariz Məmmədova dayaq durmasında siz sinənizi qabağa vermişdiz. Demək olar ki, Fariz son nöqtəni qoymaqla həm də sizin etimadınızı doğrultdu?

- Burda danılası bir şey yoxdu. Mən Farizi uşaqlıqdan tanıyıram, bir məktəbdə oxumuşuq. Onun xarakterinə tam bələd bir insan, yaşadığı hadisələrin Farizin kobud şəkildə səhvindən olmadığını bilən, uğurlu geridönüşünü hiss edən adam kimi ona dəstək oldum. Düzdü, mənim təşəbbüsümlə oldu. Sağ olsun, klubumuzun prezidenti Tale Heydərov da bu təşəbbüsə qoşuldu və ona çox böyük dayaq oldu. Fariz də sağ olsun ki, ona ümid bəsləyən hər kəsin etimadını doğrultdu.

- Keçək futbola. "Qəbələ”nin qış fasiləsinə qədərki çıxışını necə dəyərləndirirsiz?

- Uğurlu qiymətləndirmək olardı. Düzdü, daha yaxşı ola bilərdi. Ümid edirəm ki, toplanışdan faydalı istifadə edərək, komandamız daha da güclənəcək və növbəti turlarda bundan yaxşı çıxış edəcək.

- "Qəbələ”nin son turlarda oyun planında "artırdığı” hiss olunurdu. Bunu komandanın baş məşqçisi Roman Qriqorçuk da dilinə gətirmişdi. Narahat deyilsiz ki, yaranmış fasilə komandaya mənfi təsir göstərə bilər?

- İnanın ki, mən komandamıza görə həmişə narahatam. Çünki qeyri-stabillik hərdən bizdə gözlənilmədən olur. Narahat olsam da, həmişə inkişaf edəcəyimizə ümidliyəm. Olub ki, bir müddət zəif çıxış etmişik, amma sonluğu yaxşı bitirmişik. İndi də daha yaxşısına ümid edirəm.

- Baş məşqçi Roman Qriqorçukun hələ də Bakıda olması transfer çalışmalarına görədi?

- Xeyr. Bu barədə görüşlərimiz, danışıqlarımız olub. Dediyiniz məsələ ilə bağlı deyil. Özü və ailəsi Bakını çox sevir. Hazırda Bakıda olmaları yəqin buna görədi.

- Transfer məsələsində nə yenilik var?

- Bilirsiz ki, Ekiqo Ehiosun ilə müqaviləmizin müddəti sona çatdı. Onunla yeni sözləşmə imzalanmadı. Başqa futbolçuların gedib-qalması ilə bağlı heç nə deyə bilmərəm.

- Şotlandiyalı yarımmüdafiəçi Endi Hallideyin klubdakı aqibətinə aydınlıq gəlibmi?

- Hələ ki, klubumuzla müqaviləsi var. Başqa təklif yoxdu.

- Aqil Məmmədov və Elvin Məmmədovla "Neftçi”nin danışıq apardığı, əvəzində sizin Rauf Əliyevi heyətinizə qatmaq istədiyiniz haqda xəbərlər yayılıb...

- Hamısının bizimlə müqaviləsi davam edir. Buna görə də, onlar haqda konkret nəsə deyə bilmərəm. Rauf Əliyevə gəlincə, mətbuatın da yazdığı kimi, Rauf Əliyev mövsüm ərzində 3-cü komandada çıxış edə bilməz. Yayda götürüləcək futbolçuların sırasında adı olub, amma onun indi "Qəbələ”yə keçəcəyi doğru deyil. 

Fanat.Az Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

Facebookdan bizi izləməyi unutmayın.
X