Çexiya millisinin və "Arsenal”ın sabiq üzvü Tomaş Rositski karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı 37 yaşlı futbolçu özü verib.
O, İngiltərənin "The sun” nəşrinə açıqlamasında "Mənim üçün oyunlara hazırlaşmaq çox çətin idi. Bir az da çox oynamaq istərdim, lakin yaş özünü göstərir”, deyib.
Qeyd edək ki, Rositski futbolçu karyerasına "Sparta”da (Praqa) başlayıb. O, Praqa təmsilçisindən başqa, "Arsenal” və "Borussiya”da (Dortmund) da çıxış edib. Ötən il "Sparta”ya qayıdan Rositski, futbolçu karyerasına məhz doğma klubunda son qoyub. O, 2000-2016-cı illər aralığında Çexiya millisinin də şərəfini qoruyub.
Fanat.Az