"Beşiktaş"ın "Qarabağ"ın və Azərbaycan millisinin üzvü Mahir Mədətovu transfer etdiyi iddia olunub. Fanat.Az xəbər verir ki, "Yeni Şafak" qəzetinin internet saytı məlumat yayıb.
Sayt Mahirin müqavilə imzalayan vaxt çəkilmiş fotosunu yayımlayıb. Hətta iddia olunur ki, Mahirin komanda yoldaşı yaydığı fotoya "transfer bitdi" şərhini yazıb.
Qeyd edək ki, "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş "Çelsi" - "Qarabağ" oyununu izləmək üçün Bakıya gəlmiş, Qurban Qurbanovla görüşmüşdü. Günəşin bu səfərinin təsadüf olmadığı, Mahirin oyununu izlədiyi və bu barədə Qurbanovla danışdığı bildirilir.
Fanat.Az