FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb. Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının ötən ayla müqayisədə mövqeyində dəyişiklik baş verməyib.
Qurban Qurbanovun yeni baş məşqçi təyin oldunduğu komanda 281 xalla 117-ci pillədə qərarlaşıb. Bu, 2017-ci ilin son reytinq siyahısıdı. Fevralın 2-də Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Gürcüstan yığması isə 322 xalla 104-cü pillədə qalıb.
Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik olmayıb. Ümumiyyətlə ilk "əllilik”də cəmi 1 dəyişiklik qeydə alınıb. Qana Nigeriyanı 50-ci pillədən sıxışdırıb.
İlk "onluq”
1 (1). Almaniya – 1602
2 (2). Braziliya – 1483
3 (3). Portuqaliya – 1358
4 (4). Argentina – 1348
5 (5). Belçika – 1325
6 (6). İspaniya - 1231
7 (7). Polşa - 1209
8 (8). İsveçrə - 1190
9 (9). Fransa – 1183
10 (10). Çili – 1162
Türkiyə yığması 42-ci yerdə qalıb. "Ay-ulduzlular”ın 735 xalı var.
Fanat.Az