"Bavariya" qış transfer pəncərəsi dövründə ilk transferini rəsmiləşdirib. Fanat.Az xəbər verir ki, Münhen klubu "Hoffenhaym”ın hücumçusu Sandro Vaqneri heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2020-ci ilin yayınadək müqavilə imzalayan 30 yaşlı almaniyalı forvard "Bavariya"ya yanvarın 1-dən qoşulacaq.
Məlumata görə, "Bavariya" bu transferə görə "Hoffenşaym"a 13 milyon avro ödəyəcək. Sandro Vaqner maraqlı seçimi ilə yadda qalıb. Belə ki, hücumçu yeni klubunda 2 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Sandro Vaqner "Bavariya"nın yetirməsidi. 8 yaşında - 1995-ci ildə Münhen klubuna gələn futbolçu 2007/08 mövsümündə əsas komandaya yükksəlib və Bundesliqada 4 oyuna çıxıb. Daha sonra isə "Duysburq"a transfer olunub.
Fanat.Az