Türkiyəni həvəskarlar liqasında çıxıq edən "Ereğlispor" klubunun rəhbərliyi maraqlı addım atıb. Fanat.Az xəbər verir ki, həvəskarlar liqasının Zonquldak zonasında çıxış edən və ilk yarını birinci pillədə başa vuran klubun rəhbərliyi məsciddə dua mərasimi təşkil edib.
Hacılar məscidində baş tutan mərasimdə "Ereğlispor" futbolçularının qəzalardan və bəlalardan qorunması üçün dua edən imam bunları deyib: "Ereğlispor" oyunçularını bəladan mühafizə et, matçlarda qüvvət ver, zədələrdən qoru, ya Rəbbim. Bu qardaşlarımızı, bu komandamızı qırmızı kartlardan mühafizə et, rəqibin hücumlarını ofsaydla kəs, ya Rəbbim. Bu qardaşlarımızın vurduğu toplar qol olsun, hər matçda 3 xal nəsib olsun. Bu qardaşlarımızın arasındakı birliyi, bərabərliyi, qardaşlığı və ailə münasibətlərini sən daimi et, ya Rəbbim. Bu qardaşlarımızı qəzadan, pis gözlərdən, nəzərdən mühafizə et, ömürlərinə bərəkət ihsan et, qazanclarına halallıqdan bolluq nəsib et, ya Rəbbim".
Klub prezidenti Kaan Kocaman Anadolu Agentliyinə açıqlamasında həftəsonu başlayacaq ikinci dövrə öncəsi təşkil etdikləri mərasimə bütün oyunçuların və texniki heyətin qatıldığını bildirib: "Zədələr, uğursuzluqlar yaşanmaması üçün mövlud proqramı hazırladıq. Allahdan başqa sığınacaq kimsə yoxdu. Allahın köməyi ilə çempion olmaq istəyirik".
Fanat.Az