Yayda "Arsenal"la müqaviləsi başa çatacaq Aleksis Sançes London klubunu tərk etməyə hazırlaşır. Fanat.Az xəbər verir ki, çilili ulduzu istəyən klublardan biri PSJ-di.
222 milyon avroya Neymarı, 180 milyon avroya Kilian Mbappeni transfer edən PSJ Sançeslə danışıqlara başlayıb. "Arsenal"la müqaviləsinin bitəsinə 6 ay qalmış istənilən klubla danışıqlar aparmaq və ilkin protokol imzalamaq hüququ olan futbolçu özü də Fransaya yollanmaq istəyir.
PSJ isə transferi yaya saxlamaq niyyətində deyil, qışda bitirmək istəyir. Bu səbəbdən fransızlar "Arsenal"a 30 milyon avro təklif edəcək. London klubu Sançesi saxlamaq istəsə də, futbolçu özü klubda qalmaq istəmir.
Fanat.Az