"Qarabağ"ın qış hazırlıq planı və yoldaşlıq görüşlərindəki rəqiblərinin bir neçəsinin adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, ağdamlılar yanvarın 9-da bir araya gələrək Türkiyəyə yollanacaq. Antalyada baş tutacaq təlim-məşq toplanışı fevralın 4-nə kimi davam edəcək.
Komanda toplanış zamanı 6 yoxlama oyunu keçirməyi də planlaşdırır. Bu rəqiblərdən 3 adı və oyunların keçiriləcəyi tarixlər məlum olub.
Belə ki, yanvarın 20-si Polşa "Legiya"sı, 25-i Ukrayna "Mariopol"u ilə qarşılaşacaq Qurban Qurbanovun kollektivi fevralın 3-də Monteneqro təmsilçisi "Mladost"la gücünü sınayacaq.
Fanat.Az