Gürcüstanda təşkil olunan "Bendela Cup”da iştirak edən "Qarabağ”ın U-12 komandası dünən "Saburtolo Bendela” ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, rəqibi ilə 1:1 hesablı heç-heçə edən yeniyetmə "Qarabağ”lılar bununla da qrupda ikinci yeri tutublar.
Təmsilçimiz turnirin 1/4 final mərhələsində sabah "Rustavelli” ilə qarşılaşacaq.
Qeyd edək ki, "Qarabağ” turnirdə keçirdiyi ilk oyunda Gürcüstanın "Bolnisi” komandasını 5:1 hesabıyla məğlub etmişdi.
Fanat.Az