"Neftçi” "Səbail”ə keçən Rahil Məmmədovun transfer detallarını açıqlayıb.
Fanat.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "ağ-qaralar” futbolçunun növbəti keçidindən də müəyyən məbləğ qazanacaq.
Belə ki, əgər Rahil "Səbail”dən başqa kluba satılarsa, transfer gəlirinin 50 faizi "Neftçi”yə çatacaq.
Digər müdafiəçi Məqsəd İsayevlə isə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Fanat.Az