"Volfsburq"un forvardı Mario Qomez karyerasını sabiq klubunda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, hücumçu "Ştutqart"a qayıdıb. Məlumatı klubun rəsmi saytı yayıb. Keçid Ştutqart təmsilçisinə 3 milyon avroya başa gəlib. Qış fasiləsində Josip Brekalo da əks-marşrutla hərəkət edərək "Volfsburq"a transfer olunacaq.
Qeyd edək ki, 2003-2009-cu illər aralığında "Ştutqart”da 142 oyuna çıxan 32 yaşlı Mario 76 qol vurub və çempionluq yaşayıb .
Fanat.Az