15:21 25.12.2017 2573

“Bakı Futbol Liqası” xeyriyyə aksiyası keçirdi - FOTOLAR

"Bakı Futbol Liqası” (BFL) Dünya Azərbaycanlılarının Həmrəyliyi və yeni il münasıbəti ilə xeyriyyə tədbiri keçirib. Fanat.az xəbər verir ki, "Vətən Futbol Akademiyası”nın təlim-məşq bazasında baş tutan tədbirin qonaqları valideyn himayəsindən məhrum olmuş "SOS uşaq kəndləri" internat məktəbinin uşaqları olub. 

BFL rəhbərliyi uşaqları Yeni il hədiyyələri ilə sevindirməklə yanaşı tanınmış veteran futbolçularımız  ilə görüşünü də təşkil edib. Balaca qonaqlara yeni il süfrəsi də açılıb. 

Daha sonra BFL-in XI turunun açılış oyununda "AtaBank" və "Kristal R&R" komandaları qarşılaşıb. Komandalar meydana "SOS uşaq kəndləri" internat məktəbinin uşaqları ilə birlikdə çıxıb. Topa ilk toxunuşu da uşaqlardan biri edib. 

Fürsətdən istifadə edib Bakı Futbol Liqasının direktoru Natiq Əlixanovla yarış və xeyriyyə tədbiri ilə bağlı danışdıq: "Valideyn himayəsindən məhrum olmuş uşaqları sevindirmək hər birimizin borcudu. Bakı Futbol Liqasının rəhbərliyi belə təşəbbüs irəli sürdü. Fikrimcə, bayram ərəfəsində belə tiədbirlərin keçirilməsi lazımdı. Qarşıdakı bayramlarda da tədbirlərimiz davam edəcək. Bu cür tədbirlərdə bizə dəstək olan media nümayəndələrinə təşəkkür edirik. Məqsədimiz futbola marağı bir az da artırmaqdı. Burda ötənlərin məşhur futbolçularını görürsünüz. Onları demək olar ki, tanımayan yoxdu. Öz dövrlərində adqoymuş futbolçulardı. Bu da futbola başlamaq istəyən, ya da yeni oynamağa başlayanlar üçün stimuldu. Birinci ildə yarışı 10 komanda ilə keçirməyi qərara aldıq. Amma növbəti mövsümlərdə komanda sayı artacaq. Geniş planlarımız var. Bu yarış AFFA-nın bayrağı altında keçirilmir. Müəyyən danışıqlar olub və baş katib Elxan Məmmədov bildirib ki, turnir müntəzəm keçirilsə, AFFA da hansısa mənadə dəstək və köməyini göstərəcək".

Qeyd edək ki, BFL-də "İdman Azərbaycan", "Beerbaşa", "Vətən", "Bakı FK", "Capitan FK", "Armanda FK", "Mr.Mix", "AtaBank", "Kristal R&R" və Forever Young" komandaları çıxış edir. Gələn ilin may ayında Rusiyanın paytaxtı Moskvada 8 nəfərlik futbol növündə dünya çempionatı keçiriləcək. BFL-in qalibi turnirdə ölkəmizi təmsil edəcək. Növbəti yarışda isə artıq ölkəmiz Azərbaycan yığması ilə təmsil olunacaq. Bir həftə davam edəcək yarışda təmsilçimizin bütün xərclərini BFL ödəyəcək.

"İdman Azərbaycan" komandasında televiziyada işləyən həmkarlarımız və veteran futbolçular çıxış edir. Ümumiyyətlə "İdman Azərbaycan", "Beerbaşa" və "Vətən"in heyətində futbol ictimaiyyətinə tanış simalar yer alıb. Məsələn, Fizuli və Xaqani Məmmədov qardaşları, İlham Yadullayev, Hüseyn Məhəmmədov, Mehman Yunusov, Ceyhun Sultanov, Xəyal Mustafayev, Əli Abuşov, Namiq Əliyev, Yaşar Abuzərov və başqa veteran futbolçular bu komandaların uğurları üçün çalışır.

Fanat.Az
 










Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X