"Səbail” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, Yamin Ağakərimzadənin müqaviləsinə vaxtından əvvəl xitam verilib.
Bununla bağlı tərəflər arasında qarşılıqlı razılıq əldə olunub. Futbolçuya azad agent statusu verilib.
Qeyd edək ki, "Səbail” qış fasiləsində Amit Quluzadə və litvalı Eqdaras Jarskislə yollarını ayırıb. Təyyar Məmmədovun isə icarə müqaviləsinin müddəti uzadılmayıb.
Fanat.Az