PSJ-dən ayrılacağı deyilən Xavyer Pastore ilk dəfə açıqlama verib. Fanat.Az xəbər verir ki, ölkəsinin mətbuatına danışan argentinalı yarımmüdafiəçi danışıqlar apardığı klubun adını açıqlayıb.
İtaliyaya dönmək istədiyini deyən Pastore "İnter"lə görüşdüyünü təsdiq edib. Futbolçu bildirib ki, danışıqlar davam edir və hələ anlaşma əldə olunmayıb.
Qeyd edək ki, PSJ Pastoreni 2011-ci ildə "Palermo"dan 42 milyon avroya transfer edib. Hazırda "Transfermarkt" 28 yaşlı futbolçuya 20 milyon avro qiymət qoyub.
Fanat.Az