Premyer Liqada "Mançester Siti"dən 13 xal geri qalan "Mançester Yunayted" baş məşqçisi Joze Mourinyo ilə bağlı sürpriz qərar verməyə hazırlaşır. Fanat.Az xəbər verir ki, klub rəhbərliyi portuqaliyalı mütəxəssislə yeni müqavilə üçün apardığı danışıqları dayandırıb.
İddia olunur ki, rəhbərliyin Mourinyoya olan inamı artıq tükənib və bu səbəbdən bir müddət gözləmək qərarına gəliblər. Mövcud müqaviləsi 2019-cu ilədək qüvvədə olacaq mütəxəssisin mövsümün sonunda yola salına biləcəyi deyilir.
Fanat.Az