4-cü dəfə "Qalatasaray"ın baş məşqçisi təyin olunan Fatih Terim transfer çalışmalarına başlayıb. Fanat.Az xəbər verir ki, "İmperator" ləqəbli mütəxəssisin hədəfindəki futbolçulardan biri Hakan Çalhanoğludu.
Fatih Terim milli komandada daim oynatdığı futbolçunu "Qalatasaray"da görmək istəyir. Mütəxəssis vaxtı ilə baş məşqçisi olduğu "Milan" rəsmiləri ilə görüşərək türk futbolçunu icarəyə götürməyə çalışacaq.
Qeyd edək ki, "Milan" Hakan Çalhanoğlunu bu yay "Bayer"dən 22 milyon avroya alıb. İtaliya klubunun heyətində 20 rəsmi oyuna çıxan 23 yaşlı yarımmüdafiəçi 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
Fanat.Az