Argentina millisinin baş məşqçisi Xorxe Sampaolini polis tərəfindən saxlanılıb.
Fanat.Az xəbər verir ki, buna səbəb onun sərxoş halda maşın idarə etməsi olub.
Bu barədə "TuC Sports" yayıb. Xəbərə görə, hadisə Santa-Fe əyalətinin Kasilda şəhərində baş verib. O, qızının toyundan qayıdan zaman polis tərəfindən saxlanılıb.
Sampaoli ilə polis arasında mübahisə düşüb. O, mübahisədən sonra avtomobili tərk edərək yaxınlıqdakı otellərdən birinə yollanıb.
Onun barəsində hansı sanksiya tətbiq edildiyi məlum deyil.
Fanat.Az