Ötən gün futzal çempionatının "Neftçi” – "Marafon Futsal” qarşılaşmasının son dəqiqəsində meydan sahiblərinin iranlı legioneri Sadiq Cavid meydanın mərkəzində anidən huşunu itirərək yıxılıb.
Fanat.Az xəbər verir ki, təcili tibbi yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan futbolçu gecəni xəstəxanada keçirib.
Klubdan verilən məlumata görə, bu gün Sadiq Cavid evə buraxılıb.
Fanat.Az