PSJ-nin gənc futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 finalında "Real"la keçirəcəkləri qarşılaşmalarla bağlı açıqlama verib. Fanat.Az xəbər verir ki, 19 yaşlı ulduz iddialı danışıb.
"Önümüzdəkinin kim olduğu önəmli deyil" deyən Mbappe Kriştiano Ronaldonun fanatı olduğunu, amma bu dəfə meydanda rəqib olacaqlarını bildirib. Yayda "Real"la danışıqlar aparsa da, 180 milyon avroya "Monako"dan PSJ-yə transfer olunan gənc hücumçu Ronaldo ilə görüşü barədə də danışıb: "O, mənim uşaqlıq qəhrəmanımdı. Madriddə onunla tanış olmaq möhtəşəm idi. Amma mübarizə aparan bir insanam və daim qazanmaq, qazanmaq və qazanmaq istəyirəm. Bu səbəbdən də önümüzdəkinin kim olduğu önəmli deyil. Qazanmaq istəyirik. "Santyaq Bernabeu"ya oynamağa və qazanmağa gedirəm. 5 dəfə "Ballon d'Or" qazanan Ronaldo kimi insandan öyrənəcək çox şey var. O yaxşı futbolçudu, amma bizim də güclü heyətmiz var".
Fanat.Az