Rusiyanın “Torpedo” klubunun baş məşqçisi Boris İqnatyevin Azərbaycana gəlişi baş tutmayacaq. “Qəbələ”də məşqçi kimi çalışacağı gözlənilən 73 yaşlı tanınmış rusiyalı mütəxəssis “qırmızı-qaralar”a lazım olmayıb.
Komandanın baş məşqçi postuna əsas namizəd olan Yuri Syomin Azərbaycana gələcəyi halda məhz İqnatyevi köməkçisi kimi görmək istəyirdi. Lakin “Qəbələ” mütəxəssisin başçılıq etdiyi Moskva “Torpedo”sunu atıb ölkəmizə gəlməsinə ehtiyac duymayıb.
Qeyd edək ki, İqnatyev Moskva “Lokomotiv”i və Kiyev “Dinamo”sunda Syominin köməkçisi olub.
Apasport.az