Əfsanəvi hücumçu Robaldo keçmiş klubları "Real" və "Barselona" haqda danışıb.
Fanat.Az xəbər verir ki, veteran hücumçu etiraf edib ki, Kataloniya klubundan ayrıldıqdan sonra qəlbində acılar qalıb.
Ronaldonun sözlərinə görə, "Barselona"da yaxşı mövsüm keçirdiyinə baxmayaraq, "Real"a daha çox minnətdardır:
"Gözəl xatirələrim Madridlə bağlıdır. Mənim "Barselona" tariximin sonu Neymar kimi oldu. Belə bir şey Romario və Ronaldinyoda da olub. Amma Barselona inanılmaz şəhərdir və inanılmaz klubdur".
Qeyd edək ki, "sambaçı" 1996-97-ci illərdə "Barselona"nın şərəfini qoruyub. Daha sonra "Real"a keçib.
Fanat.Az