İspaniyanın "Marca" qəzetində maraqlı sorğu aparılıb.
Fanat.Az xəbər verir ki, sorğuda azarkeşlər "Real" kimin gəlməsini təklif ediblər.
Nəticədə "Kral klubu"nun azarkeşləri "Tottenhem"in hücumçusu Harri Keyni seçiblər.
O, səslərin 34 faizini toplayıb. 24 faiz PSJ-dən Neymarı, 13 faiz isə onun komanda yoldaşı Kilian Mbappeni seçiblər.
"Bavariya"nın hücumçusu Robert Levandovskiyə 9 faiz səs verib.
Fanat.Az