"Qarabağ"ın haitili yarımmüdafiəçisi Donald Gerye daha bir ada layiq görülüb.
Fanat.Az xəbər verir ki, bu barədə "Lenouvelliste.com" saytı məlumat yayıb.
Saytın keçirdiyi ənənəvi sorğunun nəticələrinə əsasən, Gerye "2017-ci ilin 12 şəxsiyyət"i arasında yer alıb.
Qeyd edək ki, Gerye Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) açıqladığı 2017-ci ilin ən yaxşı 11-liyində də yer almışdı.
Fanat.Az