Premyer Liqanın X turunda qarşılaşacağı "Sumqayıt"la oyunun hazırlıqlarını davam etdirən "Qarabağ" çempionatda yaranan fasilədən yararlanaraq yoxlama oyunu keçirəcək. Fanat.az xəbər verir ki, Ağdam klubu artıq rəqib tapıb.
Belə ki, "Qarabağ" AZAL-la üz-üzə gələcək. Oyun sabah keçiriləcək və "AZAL Arena"da baş tutacaq.
Qeyd edək ki, bu komandalar arasında çempionatın 5-ci turunda baş tutan oyunda AZAL 1:0 hesablı qələbə qazanıb. Bakı və Ağdam klubları ikinci dövrənin oyununu XIII turda - noyabrın 9-da keçirəcək. AZAL-la "Qarabağ" Azərbaycan Kubokunun 1/8 finalında da bir-birinə rəqibdi. Bu oyun dekabrın 4-də oynanılacaq.