"Qəbələ” Endi Hallidey ilə yollarını ayırıb. Fanat.Az xəbər verir ki, bu barədə "SunSport”məlumat yayıb.
26 yaşlı britaniyalı futbolçu müqavilə ilə məxsus olduğu Şotlandiyanın "Reyncers" klubuna dönəcək. Qarşılıqlı razılaşmaya əsasən, 26 yaşlı yarımmüdafiəçinin "qırmızı-qaralar"la 1 illik icarə müqaviləsinə vaxtından əvvəl xitam verilib. Hallidey həftəsonu təlim-məşq toplanışı üçün ABŞ-ın Florida ştatına yollanacaq Qlazqo təmsilçisinin heyətində yer alacaq.
Qeyd edək ki, yayda "Qəbələ"yə keçən Endi Hallidey əsas heyətə düşməkdə çətinlik çəkirdi. O, Premyer Liqanın geridə qalan 14 turunda cəmi 3 dəfə meydana çıxıb.
Fanat.Az