"Sumqayıt” dövrələrarası fasilə zamanı növbəti transferini reallaşdırıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "kimyaçılar” "Qəbələ”nin futbolçusu Ülvi İsgəndərovu heyətinə qatıb. Sumqayıtlılar 21 yaşlı oyunçunu icarəyə götürüb. Razılığa əsasən, gənc hücumçu qarşıdakı 1,5 ildə "Sumqayıt”ın formasını geyinəcək. O, yeni klubunda 70 nömrəli formanı daşıyacaq.
Qeyd edək ki, Ülvi İsgəndərov cari mövsümdə "Qəbələ"nin əvəzedici komandasının heyətində 13 qol vuraraq, bombardirlər yarışına başçılıq edir.
Fanat.Az