"Kəpəz”in əsas komandasında çıxış edən 8 futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Fanat.Az xəbər verir ki, bunların hamısı yerli oyunçu statusunda çıxış edənlərdi.
Qapıçı Ruzi Qiyaslı, müdafiəçilər Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Azər Məmmədov, Aydın Qasımov, Kərim Diniyev, Serqey Çernışev və Məhəmməd Qurbanov Gəncə klubundan ayrılıb. Sonuncu öz istəyi ilə komandanı tərk edib. Digər futbolçulardan Kərim Diniyev əvvəlki baş məşqçi Şahin Diniyevin oğlu, qalanları elə keçmiş çalşıdırıcının vaxtında heyətə cəlb olunanlardı.
"Kəpəz” rəhbərliyi bu futbolçulara xidmətlərinə görə minnətdarlığını bildirir, gələcək karyeralarında uğurlar arzulayır.
Fanat.Az