İtaliyanın "Torino" klubunun baş məşqçisi Sinişa Mixayloviç istefaya göndərilib. Fanat.Az xəbər verir ki, bu qərar ölkə kubokunun 1/4 final mərhələsində "Yuventus"a 0:2 hesablı məğlubiyyətdən sonra verilib.
Nəticədə "Torino" kubokda mübarizəni dayandırıb. "Yuventus" yarımfinala çıxaraq "Atalanta"ya rəqib olub. Digər yarımfinal qarşılaşması "Milan" və "Latsil" arasında keçiriləcək.
Qeyd edək ki, "Torino" İtaliya A Seriyasında 17 turdan sonra cəmi 3 qələbə ilə 10-cu pillədə yer alıb. Sinişa Mixayloviç bu komandaya 2016-cı ilin yayından rəhbərlik edirdi. O, əvvəllər "Milan", "Sampdoriya", "Fiorentina", "Kataniya", "Bolonya" klublarında və Serbiya yığmasında çalışıb.
Fanat.Az