19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi 2-ci oyunun baş hakimi müəyyənləşib. Fanat.az xəbər verir ki,yığmamızın sabah Bosniya və Hersoqovina ilə keçirəcəyi qarşılaşma Slavko Vinçiçə tapşırılıb.
İsveçdəki turnirdə komandamızınbirincioyununda da fit çalan sloveniyalı bizim üçün düşərli hakim deyil. Oktyabrın 10-da məhz onun idarə etdiyi qarşılaşmada Arif Əsədovun yetirmələri İrlandiyaya uduzmuşdu – 0:2. Həmin matçda Vinçiç Elvin Bədəlova “qırmızı” verərək, futbolçumuzupaltardəyişmə otağına vaxtından əvvəl göndərmişdi.
Sözügedən referi 3 ay əvvəl “Xəzər Lənkəran”ın görüşündə tər tökmüşdü. Sloveniyalı referi təmsilçimizin Avropa Liqasının II təsnifat mərhələsində İsrail “Makkabi”si ilə Hayfadakı görüşünü idarə etmiş və təmsilçimizin 0:2 hesablı yenilgisinə şahid olmuşdu.
Fanat.az