"Əsas məqsədimiz yenidən ölkə çempionu olmaqdı. Avropada layiqli çıxış etmək lazımdı. "Qarabağ”la bağlı daha bir istəyim var. Bu, yenidən Çempionlar Liqasının qrupuna çıxmaqdı".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın alban müdafiəçisi Ansi Aqolli ölkəsinin "TV Klan" telekanalına müsahibəsində deyib.
O, Albaniya millisinin "DÇ-2018"in seçmə mərhələsindəki çıxışı barədə də danışıb: "Dünya çempionatının seçmə mərhələsi bizim üçün çətin keçdi. Çünki qrupumuzda iki güclü rəqib var idi. Amma bir qədər bəxtimiz gətirsə və qətiyyətli olsaq, "AVRO-2020"nin final mərhələsinə yüksələ bilərik”.
Fanat.Az