Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan "İnter" ilk yoxlama oyununu keçirib. Fanat.azxəbər verir ki, Kaxaber Tsxadadze yetirmələrini Sxinvali "Spartak"ı ilə oyunda sınayıb.
Oyun "İnter"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 4-cü dəqiqədə Mirsahib Abbasov açıb. 60-cı dəqiqədə isə Samir Zərgərov rəqib qapısına yol tapıb.
Qeyd edək ki, "İnter" ikinci oyununu sabah Rustavi "Metallurq"una qarşı keçirəcək. Matç Bakı vaxtı ilə17.30-da başlayacaq.