"Real" qışda ilk transferini reallaşdırmağa hazırlaşır. Fanat.Az AS qəzetinə istinadən xəbər verir ki, "Kral Klubu" Kepa Arrizabalaqanı heyətinə qatır.
Məlumata görə, "Real" və "Atletik" 23 yaşlı qapıçının transferini razılaşdırıb. Madrid klubu 6 illik müqavilə imzalayacağı qolkiper üçün Bilbao təmsilçisinə 20 milyon avro ödəyəcək.
Fanat.Az