"Qəbələ" klubu bəyanat yayıb. Fanat.Az xəbər verirki, bəyanatda "Qarabağ"ın futbolçusu Mahir Mədətovun "Qəbələ" və komandanın baş məşqçisi Roman Qriqorçukdan üzr istəməsi tələb edilir.
Buna səbəb millimizin hücumçusunun 31 dekabr 2017-ci il tarixində "CBC Sport” telekanalının efirində "Qış nağılı” verilişində səsləndirdiyi fikir olub.
Bəyanatda Mədətovun verilişin formatına uyğun olaraq maraqlı əhvalat nəql edərkən mövzu kimi komandanın baş məşqçisi və futbolçular arasında olan dialoqun məsxərəyə qoyulması, klubdaxili iclas zamanı Roman Qriqorçukun fikirlərinin düzgün çatdırılmamsı qeyd olunub:
"Qəbələ” İdman Klubu M.Mədətovun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır. Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yalnış fikir formalaşdırmağa xidmət edir.
Bütün bunları nəzərə alaraq, "Qarabağ” FK-nın gənc futbolçusu haqqında ölçü götürməsini, M.Mədətovun etdiyi hörmətsizliyə görə "Qəbələ” İK və R. Qriqorçukdan üzr istəməsini gözləyirik.
Fanar.Az