"Qəbələ” Endi Hallideylə yollarını ayırıb.
Fanat.Az klub saytına istinadən xəbər verir ki, Şotlandiyanın "Reyncers" klubundan icarəyə götürülən 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib.
2017-ci yayından "qırmızı-qaralar”ın heyətində çıxış edən legioner 2017-2018-ci illər mövsümünün ilk yarısında "Qəbələ”nin şərəfini qoruyub.
Qeyd edək ki, Endi "Qəbələ” formasında çıxış etdiyi müddət ərzində 8 oyun keçirib. Premyer Liqada 3, kubokda 1 matça çıxan şotlandiyalı UEFA Avropa Liqasında 4 oyunda şans qazanıb.
Fanat.Az