"Kəpəz”dən ayrılan Kərim Diniyevin yeni klubu məlum olub.
Fanat.Az xəbər verir ki, gənc futbolçu karyerasını paytaxtda davam etdirəcək. Kərim azı bu mövsümün sonuna qədər "Səbail”in formasını geyinəcək.
Xatırladaq ki, Yunis Hüseynovun "Kəpəz”də görmək istəmədiyi futbolçular arasında Kərim Diniyev də var idi.
Fanat.Az