Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 30-da Türkiyənin Antalya şəhərində təşkil olunacaq qarşılaşmada rəqib Moldova yığması olacaq.
Bu, baş məşqçi Qurban Qurbanovun millidə ilk sınağı olacaq.
Qeyd edək ki, Azərbaycan yığması fevralın 2-də Gürcüstanla da yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az