"Liverpul" 160 milyon avroya "Barselona"ya satdığı Fioip Kountinyo üçün qeyri-adi qərar verib.
Fanat.Az xəbər verir ki, Premyer Liqa klubu 2017/18 mövsümünə aid üzərinə Kountinyo yazılan formaları gətirən azarkeşlərə 50 funt-sterlinq ödəmə ediləcəyini açıqlayıb. İstənəyənlər isə 50 funt-sterlinqi kluba ail yeni məhsulların alışında istifadə edə bilər.
Avropada ilk dəfə tətbiq olunan bu qərarın icrası 13-31 yanvar tarixlərində davam edəcək.
Qeyd edək ki, Kountinyonun "Barselona"ya transferinin açıqlanmasından sonra "Liverpul" azarkeşləri onun formasını yandırmışdı.
Onu da qeyd edək ki, "Liverpul"un klub mağazalarında satılan formalar 68 funt-sterlinqdi. Üzərində Çempionlar Liqası emblemi olan fomalar isə 75 funt-sterlinqə satılır.
Fanat.Az