Türkiyənin aşağı dəstəsində çıxış edən "Amedspor"un futbolçusu Deniz Naki xoşagəlməz hadisə ilə üzləşib.
Fanat.Az xəbər verir ki, dövrələrarası fasilədə doğulduğu Almaniyaya gedən Naki gecə saatlarında "Aaxen" magistralında naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb.
Futbolçunun avtomobilinə 2 güllə dəydiyi müəyyənləşib. Hadisə yerinə gələn polis araşdırmalara başlayıb.
28 yaşlı Denizin sağlamlıq durumunda hər hansı problem olmadığı bildirilib.
Fanat.Az