17:16 08.01.2018 1476

AFFA və PFL-dən rəsmi açıqlama: Stadionlarımızda siqaret qadağası olacaq?

"Qanun hamı üçündür. Çempionatın ikinci dövrəsi başlayanda stadionlarda bu barədə elan veriləcək. Fasilədə isə yeni qanunla bağlı təbliğat aparılacaq”.

Fanat.Az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. Qapalı yerlərdə siqaret çəkilməsini qadağan edən qanun idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalara və obyektlərə, habelə onların ərazilərinə də şamil edilir. Qanunun qüvvəyə minməsinə münasibət bildirən R. Musayev bundan sonra stadionlarda siqaret çəkilməməsi üçün nəzarət olacağını istisna etməyib. Amma onun sözlərinə görə, bunu PFL yox, dövlət edəcək:

"Dövlətimiz hər şeyə nəzarət edir. Açığı, biz hansısa nəzarət mexanizmi yaratmaq üçün yeni işçilər cəlb etməliyik. Hazırda isə maddi durumumuz buna imkan vermir. Amma bu o demək deyil ki, nəzarət olmayacaq. Stadionda mühafizəçilər, polislər olur. Onlar bu məsələyə də nəzarət edəcəklər”.

AFFA-nın baş katibi Elxan Məmmədov da məsələ ilə bağlı fikirlərini bölüşüb. O, hətta buna görə UEFA-dan öhdəlik aldıqlarını bildirib:

"İctimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını biz də alqışlayırıq. Təbii ki, kütləvi idman tədbirlərində bu prosesə nəzarət etmək bir qədər çətindir. Hər bir şəxs həm qanun, həm də ətrafında olan şəxslər qarşısında məsuliyyətini dərk etməli, müvafiq qaydalardan kənara çıxmamalıdı. Bakıda 2019-cu ildə Avropa Liqasının final oyunu, 2020-ci ildə Avropa çempionatının 4 qarşılaşması təşkil olunacaq. Həmin oyunlar zamanı stadionlarda siqaret çəkilməməsi barədə AFFA UEFA-nın qarşısında öhdəlik götürüb. Bununla əlaqədar, AFFA-nın təşkil edəcəyi oyunlar zamanı könüllülərin xidmətindən geniş istifadə olunacaq”.

Baş katib iritutumlu stadionlarda, azarkeşlərin çox olduğu yerlərdə məlum qadağanın tətbiqinə nəzarətin heç də asan olmadığını söyləyib: "Qeyd etdiyim kimi, 50-60 min azarkeşin iştirak etdiyi kütləvi tədbirlərdə bu prosesin tam olaraq nəzarətdə saxlanılması asan deyil. Burada təkcə qadağanın tətbiqinə nəzarətlə yanaşı, fərdi məsuliyyət də rol oynayır. AFFA stadionlarda siqaret çəkilməməsi ilə bağlı prosesə xeyli müddətdir start verib. Millinin oyunlarında, Bakıda təşkil olunmuş dünya və Avropa çempionatları qarşılaşmalarında bununla bağlı ilkin işlər görülüb. Prosesi yenə də davam etdirəcəyik”.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

Facebookdan bizi izləməyi unutmayın.
X